Bugünkü hərracda tələb 54,45 milyon dollar olub | Modern.az
Menu
Bugünkü hərracda tələb 54,45 milyon dollar olub
12 Sentyabr 2024, 13:20
Sentyabrın 12-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Modern.az-a bildirilib ki, hərracda tələb 54,45 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.