Modern.az

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

İdman

12 Sentyabr 2024, 14:08

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu