Modern.az

“Müsavata görə təəssüf edirəm...” - Milli Şuranın üzvü

“Müsavata görə təəssüf edirəm...” - Milli Şuranın üzvü

7 Dekabr 2013, 15:17


“Hərə öz mövqeyinə uyğun fikrini ifadə edir. Hesab edirəm ki, siyasi qüvvələr gələcək proseslərə hazırlaşacaq”. Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Ədalət Yusubov Milli Şurada baş verənlərdən danışarkən deyib.

  Ə.Yusubov Müsavat Partiyasının Milli Şuradan çıxmasını ehtimal etmir: “Təəssüf edirəm, Müsavatın çıxması ilə bağlı mövqelər ifadə olunub. Amma ümid edirəm ki, Müsavat Partiyası da Milli Şuranın qorunub saxlanmasında dəstək olacaq”.  

KXCP funksioneri “İctimai Palatanın buraxılmaması indi Milli Şurada baş verənlərlə hər hansı əlaqəsi varmı?” sualına belə cavab verib: “Bəlkə də var. Amma mən düşünürəm ki, əlaqəsi yoxdur. Əvvəldən demişdik ki, bir halda İctimai Palatanın fəaliyyətinə son qoyula bilər ki, Milli Şura İP-in və öz fəaliyyətini hədəfləmiş olsun. Milli Şuranın son sessiyasında, demək olar, İctimai Palatanın hədəf və məqsədlərini özündə ehtiva edən fəaliyyət proqramının ortalığa qoyulması ilə bağlı prinsipial razılıq əldə olunub. Belə olan halda yaxın vaxtlarda İP sessiyası çağırıla bilər. Sessiyada qurumun fəaliyyətinə baxılması mümkündür. Gözləyək, görək, nə baş verəcək”. 

İlkin  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır