Modern.az

Yalançı endirim edən mağaza ifşa olundu

Yalançı endirim edən mağaza ifşa olundu

7 Dekabr 2013, 18:37

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 72-5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehtiyev Rəşad Elşad oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Xidmətdən Modern.az-a verilən məlumata görə, mağazanın giriş hissəsində “30% endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətində ucuzlaşdırma  tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır