Modern.az

Maşın piyadanı vurdu, sıxlıq yarandı

Maşın piyadanı vurdu, sıxlıq yarandı

12 Sentyabr 2024, 20:58

Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb. Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU