Modern.az

Genişmiqyaslı BAHALAŞMA başladı

Genişmiqyaslı BAHALAŞMA başladı

7 Dekabr 2013, 21:44

Yanacağın bahalaşmasından bir çox sahələrdə öz təsirini göstərməyə başlayıb. Bugun.az əməkdaşlarının müşahidələrinə görə, artıq mağazalarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 10-20 faiz bahalaşma müşahidə olunur. Bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti ortalama 20-30  faiz bahalaşıb. Siqaretin qiymətləri isə hələ benzindən əvvəl 10-15 faiz artırılıb.

Hətta benzinə dəxli olmayan bərbərxanalar da saçın düzəldilməsi üçün xidmət haqqını artırıblar. Bir çox kişi salonlarında adi saç qırxılması üçün xidmət haqqı 3 manatdan 5 manata qaldırılıb. Bəzi qadın salonları da qiymətləri artırıb. Bir çox çayxana və kafelərdə qiymətlər nəzərəçarpacaq dərəcədə artıb.

Nəqliyyatda gediş haqlarının artmayacağı haqda Nəqliyyat Nazirliyi rəsmilərinin dediklərinin əksinə olaraq artıq dünəndən bəzi marşrutlarda sürücülər sərnişinlərdən artıq pul çıxmağa başlayıblar. Xüsusən də 5 qəpiklə bitən bilet qiyməti olan marşrutlarda. Redaksiyamıza daxil olan məlumatlara görə, gediş haqqı 25 qəpik olan avtobus sürücüləri 1 manat uzadan sərnişinə 70 qəpik qaytarır.

Sayğacı olmayan adi taksilər də qiyməti 30 faiz həcmində qaldırıblar. Bir neçə gün əvvələdək 10 km-lik məsafəyə 6 manata aparan sürücülər indi həmin məsafəyə minimum 8 manat tələb edirlər.

Bakı-Sumqayıt marşrut xətti ilə işləyən avtobuslarda da gediş haqqı 20 faiz bahalaşıb. Şəhərlərarası atobusların sürücüləri gediş haqqını 50 qəpikdən 60 qəpiyə qaldırıblar. Sürücülər bunun səbəblərini əvvəlkindən artıq pul xərclədiklərini və planı doldura bimədikləri ilə izah ediblər.

Dəmiryolunda daxili sərnişindaşımada isə qiymətlər hələ yanacağın qiymətinin artmasından qabaq fərqli yolla artırılıb. Ölkənin ən böyük daxili sərnişin qatarı olan Bakı-Qazax qatarı əsassız olaraq ləğv edilib və sərnişinlərin çoxu həmin istiqamətdə Bakı-Ağstafa firma qatarı ilə getdib-gəlməyə məcbur olurlar- yəni 2 dəfə artıq qiymətə. Həmin istiqamətdə 5-6 vaqondan ibarət Bakı-Böyükkəsik qatarı isə sərnişinlərin tələbatının heç 20 faizini də ödməyə qadir deyil. Tezliklə bu qatarında ləğv ediləcəyi və onun vaqonları Bakl-Tbilisə qatarına qoşulacağı gözlənilir. Bu qatarda isə qiymət 2 dəfə artıqdır.

Artıq bahalaşmanın ilk günlərindən yaranmış vəziyyət göstərir ki hökumət qiymətləri süni şəkildə saxlaya bilməyəcək və yanvardan etibarən bahalaşma daha genişmiqyaslı olacaq. Əgər kommunal xidmətlərə görə qiymətlər də artırılsa, Azərbaycanda total bahalaşma və böyük inflyasiya yaranacaq. Bu şəraitdə benzinin heç bir əsas olmadan artırılmış qiymətinin əvvəlki həddə qaytarılmasından başqa yol yoxdur.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır