Modern.az

Bakıda iki rəfiqə xəstəxanalıq oldu

Bakıda iki rəfiqə xəstəxanalıq oldu

Hadisə

13 Sentyabr 2024, 09:24

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Jalə Fərman qızı Məmmədli və eyni yaşda olan onun rəfiqəsi Diana Vuqar qızı Nuriyevanı vurub.

 

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU