Modern.az

Hansı sahələrdə işləyənlər daha çox qazanır?

Hansı sahələrdə işləyənlər daha çox qazanır?

İqtisadiyyat

13 Sentyabr 2024, 17:16

2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil etmişdir.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3782,9 manat, qeyri neft-qaz sektorunda 950,6 manat təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 958,7 manat, özəl müəssisələrdə isə 1048,5 manat olmuşdur. 

İqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimidir:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  565 manat

Mədənçıxarma sənayesi 3 632 manat

Emal sənayesi 898,3 manat

Elektrik enerjisi, qaz və buxar istehsalı,  bölüşdürülməsi və təchizatı 1 069,2 manat

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 723 manat

Tikinti 1 069,5 manat

Ticarət; nəqliyyat vasitələrinin təmiri 670 manat

Nəqliyyat və anbar təsərrüfatı 1 359,3 manat

Turistlərin yerləşdirilməsi və ictimai iaşə 750,1 manat

İnformasiya və rabitə 1 704,3 manat

Maliyyə və sığorta fəaliyyəti 2 826,9 manat

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 091 manat

Peşə, elmi və texniki fəaliyyət 1 718 manat

İnzibati və yardımçı xidmətlərin göstərilməsi 602,8 manat

Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1 389,6 manat

Təhsil 757 manat

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 855,4 manat

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 744,7 manat

Digər sahələrdə xidmətlərin göstərilməsi 1 213,6 manat

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI