Modern.az

Yük maşını qəza törətdi - Xəsarət alanlar var

Yük maşını qəza törətdi - Xəsarət alanlar var

Hadisə

15 Sentyabr 2024, 09:00

Göygöldə yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973-cü il təvəllüdlü Vidadi Məmmədovdur.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi