Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı çağdaş Azərbaycan ədəbiyyatında orijinal dəsti-xətti ilə seçilən yazıçı tərcüməçi Afaq Məsuddur. “Azadlıq” və “İzdiham” kimi romanların müəllifi olan Afaq xanım son vaxtlar sufizm tarixindən etdiyi tərcümələrə görə də diqqət çəkir. Onun tərcümələri arasında Əl Qəzzali, Nəsifi, İbn-Ərəbi və başqa təsəvvüf alimlərindən dəyərli tərcümələr var. Azərbaycan Tərcümə Mərkəzinin sədri və “Xəzər” jurnalının baş redaktoru olan Afaq Məsud son vaxtlar nə yazdığı barədə Modern.az-a danışır:
“Demək olar ki, yazmıram. Böyük bir dəyişiklik duyuram. Bu dəyişikliyin, Kainatda yoxsa, mənim içimdə baş verdiyini, bunun nə olduğunu anlaya bilmirəm. Dəqiq hiss etdiyim budu ki, mən yerimi dəyişirəm. Söhbət, əlbəttə ki, yazı ərazisindən gedir. Bu yerdəyişmə prosesi bitib başa çatana qədər, hansı vəziyyətə düşəcəyimi, nəyi necə yazmaq istəyəcəyimi, ümumiyyətlə, yazmaq istəyib-istəməyəcəyimi bilmirəm. Odur ki, gözləyirəm”.
Elmin Nuri