Modern.az

Biləsuvar sakinlərindən silahlar götürüldü

Biləsuvar sakinlərindən silahlar götürüldü

Aktual

15 Sentyabr 2024, 11:37

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

 

Modern.az-ın məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi