Modern.az

Bu məntəqənin seçki nəticələri LƏĞV EDİLDİ

Bu məntəqənin seçki nəticələri LƏĞV EDİLDİ

Aktual

15 Sentyabr 2024, 14:41

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında şikayət araşdırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Əzizov Əziz Fatehoviç komissiyaya müraciət edib:

"Namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib. Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı Seçki Dairəsinin yalnız 17 saylı məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi