Tailandın baş naziri Yinqlak Çinavat bu gün səhər parlamentin buraxıldığını elan edib.
Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Çinavat yeni seçkilərin tezliklə keçiriləcəyini deyib: “Tərəflərin çoxunun hökumətə qarşı olduğu indiki mərhələdə ən yaxşısı hakimiyyəti xalqa qaytarmaq və seçki keçirməkdir”.
Bundan Çinavat hökumətə etimad göstərilməsi məqsədilə referendum keçirilməsini təklif edirdi. Siyasətçi referendumda ona etimad göstərməzsə, istefaya gedəcəyinə vəd verirdi. Qeyd edək ki, noyabrın axırlarından aksiyalar keçirən müxalifətçi nümayişçilərin əsas tələbi Çinavatın istefasıdır. Son günlər etirazlar Tailand kralının ad gününə görə müvəqqəti dayandırılıb. Bu gündən kütləvi aksiyaların yenidən başlayacağı gözlənilir.

Modern.az