Rusiya prezidenti Vladimir Putin məşhur "RİA Novosti" informasiya agentliyinin ləğv edilməsi haqda fərman imzalayıb. Modern. az saytı Rusiya KİV-lərinə istinadən bildirir ki, fərmanda "RİA Novosti"nin yerinə “Rusiya bu gün” beynəlxalq informasiya agentliyi yaradılacaq. Yeni agentliyin baş direktoru “Rossiya 1” telekanalının aparıcısı Dmitri Kiselyov təyin edilib.
Bundan əlavə, “Qolos Rossii” radioverilişi şirkəti də ləğv edilib. Radiostasiyanın bütün mülkiyyəti yeni beynəlxalq informasiya agentliyinə verilib.
Modern.az