Modern.az

Polis zabiti qəzada həlak oldu

Polis zabiti qəzada həlak oldu

Hadisə

16 Sentyabr 2024, 09:46

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi