Modern.az

Türkiyədən Qarabağla bağlı Ermənistana iki TƏKLİF

Türkiyədən Qarabağla bağlı Ermənistana iki TƏKLİF

9 Dekabr 2013, 12:13

Türkiyə Ermənistana təklifini xarici işlər naziri Əhməd Davudoğlu vasitəsilə çatdıracaq. "Dağlıq Qarabağda addım atın. Azərbaycanın işğal olunmuş 7 rayonunun ən azı ikisini geri qaytarın " deyəcək Ankara, qarşılığında "Sərhəd qapısını açaq" təklifini irəli sürəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Əhməd Davudoğlunun dekabrın 12-də Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Yerevana reallaşacağı səfəri iki ölkə əlaqələrinin yenidən başlanması üçün böyük əhəmiyyət daşıyır.

Məlumatda qeyd edilir ki, Davudoğlunun Yerevana  səfəri zamanı ermənistanlı həmkarı David Nalbandyan və dövlət başçısı Serj Sərkisyan ilə görüşü də planlaşdırılır.

Davudoğlunun Yerevana bu təkliflə getməsi qərarının Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın  dövlət başçısı Sərkisyan arasında keçən ay Vyanada keçirilən görüşdən sonra qərara alınıb. Qeyd edilir ki, Əliyev-Sərkisyan görüşünü  bir fürsət kimi qiymətləndirən Ankara yeni əlaqələr üçün dövrəyə girmək qərarı verib.

Əgər Ermənistan təklifə razılaşrsa, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın idxal və ixracatında hiss edilən canlanma yaradacaq. Yerevanın Türkiyənin təklifini qəbul etməsi nəticəsində sərhəd ticarətini də canlandıracağı iddia edilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır