Modern.az

Ermənistanda məhkəmə spikerin iddiasını RƏDD EDİB

Ermənistanda məhkəmə spikerin iddiasını RƏDD EDİB

Aktual

16 Sentyabr 2024, 14:02

Ermənistan parlamentinin sədri Alen Simonyanın Mediahab xəbər agentliyinə
qarşı məhkəmə iddiası rədd edilib.

Modern.az xəbər verir ki, bu barədə vəkil Sos Akopyan Facebook səhifəsində yazıb:

“Alen Simonyan Mediahab xəbər agentliyinə qarşı iddia qaldıraraq (onun fikrincə) böhtan xarakterli məlumatları təkzib etməyi və təzminat kimi 1 000 000 dram ödəməyi tələb edib.

İrəvan şəhərinin Ümumi yurisdiksiyasının Mülki Məhkəməsi Alen Simonyanın iddiasını əsassızlığını ətraflı təhlil edərək rədd edib.

Bu işdə Mediahab-ın maraqlarını məhkəmədə təmsil etmişəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi