“Meqalayihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəsislərə ehtiyac var”. Modern.az xəbər verir ki, bunu Qafqaz Universitetində keçirilən tədbirdə ARDNŞ-nin müdiri Rövnəq Abdullayev deyib. “Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqlərin qurulması vacibdir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi önəmlidir. Bu proqramlar nəticəsində ali təhsil müəssisələrində yüksək səviyyəli mütəxəsislərin yetişdirilməsinə imkan və şərait yaradılacaq”, – deyə Rövnəq Abdullayev vurğulayıb.
Aqşin KƏRİMOV