Modern.az

Şəkidə yol qəzası - Xəsarət alanlar var

Şəkidə yol qəzası - Xəsarət alanlar var

Hadisə

16 Sentyabr 2024, 14:42

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

Modern.az-ın məlumatına görə, qəza rayonun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobil toqquşub.

Nəticədə "Changan"ın sürücüsü R.Mustafayev və maşındakı sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU