Modern.az

Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan

Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan

16 Sentyabr 2024, 16:42

Ermənistan və Azərbaycan sülh müqaviləsi mətninin təqribən 80 faizini razılaşdıra biliblər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib.

“Biz Azərbaycanı yaxın vaxtlarda sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və müzakirələri davam etdirməyə dəvət etdik”.

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.

“Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaq”, - Nikol Paşinyan deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi