Modern.az

Sumqayıt Dövlət Universitetinin rektoru işdən çıxarılıb

Sumqayıt Dövlət Universitetinin rektoru işdən çıxarılıb

Təhsil

9 Dekabr 2013, 13:13

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən azad edilib. Bu haqda Modern.az-a universitetdən məlumat verilib. Tələbələr saytımıza bildiriblər ki, N.Qəhrəmanovun işdən azad edilməsi ilə bağlı elan bu gün universitet binasında dəhlizlərin divarlarına vurulub.

Modern.az məlumatı dəqiqləşdirmək üçün SDU ilə əlaqə saxlayıb. Universitetin qəbul şöbəsindən məlumatı təsdiqləyiblər. Amma işdən çıxarılmanın səbəbləri barədə Təhsil Nazirliyinə müraciət etməyi məsləhət görüblər.

Qeyd edək ki, Nadir Qəhrəmanov ölkə başçısının 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdi. Prezidentin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunan N.Qəhrəmanov artıq 13 il idi ki, rektor vəzifəsində çalışırdı.

Nadir Qəhrəmanovun işi ilə bağlı birmənalı fikir yoxdur...

Aytən ƏLİYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK