Modern.az

Putin sərəncam verdi: ordunun şəxsi heyəti artırılır

Putin sərəncam verdi: ordunun şəxsi heyəti artırılır

17 Sentyabr 2024, 10:09

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin sayı 2 milyon 389 min nəfərə çatdırılacaq ki, bunun da 1,5 milyonu hərbçilər olacaq.

Putin sərəncamının icrası üçün hökumətə müvafiq vəsaitin ayrılmasını da tapşırıb.

Sərəncam bu il dekabrın 1-dən qüvvəyə minəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal