Modern.az

Ozon qatının dağılmasının əsas səbəbləri bunlardır - Ekoloq açıqladı

Ozon qatının dağılmasının əsas səbəbləri bunlardır - Ekoloq açıqladı

Aktual

23 Sentyabr 2024, 12:12

Son illərə qədər dünyamızda ən kritik hesab edilən problemlərdən biri ozon təbəqəsinin dağılması ilə bağlı idi. Dünya ölkələrində atmosferə buraxılan qazlar stratosferin məhvinə gətirir, geniş maarifləndirmə kampaniyaları keçirilirdi. Bu gün isə bu sahədə beynəlxalq səviyyədə daha az maarifləndirmə kampaniyaları görürük.

 

Mövzu ilə Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov bildirib ki, ozon təbəqəsini dağıdan əsas maddələr xlorofil və karbonlardır:

 

“Bunlara qısa olaraq CFS deyilir. Bu qazlar başlıca olaraq soyuduculardan, kondisionerlərdən, hava təmizləyici spreylərdən, təravətləndirici vasitələrdən və digər mənbələrdən atmosferə daxil olurlar. Avtomobillərin  soyutma sistemlərində də bu qazlardan bəzi hallarda istifadə olunur. Bunlar stratosfer, ozon qatının dağılmasına səbəb olurlar”.

 

Ekoloqun sözlərinə görə, hazırda bu istiqamətdə böyük işlər görülür:

 

“Ozon təbəqəsinin dağılmasının qarşısı nisbətən alınıb. Yeni texnologiyalar meydana çıxır. Bu texnologiyalar vasitəsilə qeyd etdiyim maddələrin atmosferə atılmasının  qarşısı alınır. Karbon emissiyaları və metan emissiyalarının azaldılması yollarından danışanda istər-istəməz digər atmosfer çirkləndiricilərinin də azalmasından danışmalı oluruq. Çünki karbon emissiyalarının azalmasına doğru yönəlmiş bütün fəaliyyətlər həmin aerozolların və digər atmosfer çirklərindiricilərinin azalmasına səbəb olur. Bu da ozon təbəqəsinin qorunması naminə görülən iş deməkdir”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI