Modern.az

Vidadi Mirkamal Milli Şuranın namizədini qınadı: “Bu ciddi söhbət deyil”

Vidadi Mirkamal Milli Şuranın namizədini qınadı: “Bu ciddi söhbət deyil”

9 Dekabr 2013, 13:37


“Bu mübahisələrin heç bir əsası yoxdur. Artıq, prezident seçkiləri arxada qalıb. Bütün dünya gücləri də seçkinin saxta keçirildiyini birmənalı şəkildə ortaya qoyublar. Ona görə də müxalifət partiyalarının, müxalifətdə olan şəxslərin bu hadisələrdən sonra daha da toparlanıb, mübarizə aparmaq əvəzinə seçkidə toplanan səs faizlərinin dartışması məsələsini yersiz hesab edirəm. Bu, bizi əsas hədəfdən yayındırır”.

Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal belə deyib. O bildirib ki, müxalifət partiyalarının seçki ilə bağlı dartışmasını doğru deyil: “Milli Şuranın vahid namizədinin 65% səs toplaması məsələsi ilə bağlı deyə bilərəm ki, birmənalı qaydada seçkiyə gedənlərin əksəriyyəti, yəni fəal kəsim 20%-dən çox deyil və onlar müxalifətin namizədinə səs verib. Hesablamalar buna əsasən aparılır. Amma əhalinin 80%-i seçkidə iştirak etmədi. Bütün saxtakarlıq da həmin 80%-in üzərində baş verib. İndi bunun dartışması doğru deyil. Bu məsələlər arxada qalıb. Hazırda irəliyə doğru addım atmaq lazımdı. Bunun üçün də güclənməliyik. Seçkidən kənarda qalan əhalinin 80%-ni aktivləşdirmək lazımdır”.

V. Mirkamal Milli Şura daxilində olanların bir-birlərini ittiham etməsinə təəssüf etdiyini qeyd edib: “Orada olan qüvvələr lazım olmayan məsələləri müzakirəyə çıxarırlar. Bütün bunlara son verilməlidir”.

Qeyd edək ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli son açıqlamalarının birində seçici səslərinin 65 faizini topladığını bildirib.

 

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır