Modern.az

Gürcüstanda orta aylıq əmək haqqı və yüksək maaşlı sahələr - MƏBLƏĞ

Gürcüstanda orta aylıq əmək haqqı və yüksək maaşlı sahələr - MƏBLƏĞ

Dünya

17 Sentyabr 2024, 12:41

Gürcüstanda orta aylıq əmək haqqı məlum olub.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) açıqlayıb.

 

Məlumata görə, ölkədə 2024-cü ilin ikinci rübündə 2 min lari (742 dollar) təşkil edib. Qeyd olunub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

 

 

Ən yüksək maaşlar isə aşağıdakı sahələrdə qeydə alınıb:

 

- İnformasiya və rabitə – 3 963 lari (1 467 ABŞ dolları), il ərzində 4,3% artım;

- Maliyyə və sığorta fəaliyyəti – 3 642 lari (1 349 ABŞ dolları), il ərzində 14,5% artım;

- Tikinti – 2 946 lari (1 091 ABŞ dolları), il ərzində 13,7% artım;

- Peşəkar, elmi və texniki fəaliyyət – 2 872 lari (1 064 ABŞ dolları), il ərzində 13,8% artım təşkil edib.

 

Bildirilib ki, Gürcüstanda kişilər üçün orta əmək haqqı 2413 lari (894 dollar), qadınlar üçün 1590 lari (590 dollar) olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal