Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Məlumatı nazirlikdən "Qafqazinfo"ya təsdiq ediblər. Bildirilib ki, Mətbuat xidmətinin əvəzinə Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinatadək nazirliyin Mətbuat xidmətinin rəisi idi.
Xatırladaq ki, 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2023-cü il iyunun 26-da isə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub.