Taylandda erkən keçiriləcək seçkinin tarixi bəlli oldu. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən 2 fevral 2014-cü il seçki günü kimi təyin olunub. İndi isə Seçki Komissiyasının həmin tarixi təsdiq etməsi gözlənilir.
Xatırladaq ki, baş nazir Yinglak Şinavatra günlərdir davam edən hökumət əleyhinə nümayişləri sonlandırmaq üçün parlamentin buraxıldığını və erkən seçki keçiriləcəyini elan etmişdi.
Misranə Həsənzadə