Modern.az

Bakıda yeni ekspres marşrut

Bakıda yeni ekspres marşrut

17 Sentyabr 2024, 21:28

Hövsan qəsəbə sakinlərinin “28 May” metro stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Bildirilib ki, müasir və komfortlu avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi