Biləsuvarda qohumu 1989-cu il təvəllüdlü Elçin Əmənovu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Emin Kərimlinin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Ayşən Vəliyevanın sədrlik etdiyi hakim heyəti tərəfindən baxılacaq. Hazırlıq iclası oktyabrın saat 10:10-a təyin edilib.
Xatırladaq ki, iyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alması barədə polisə məlumat daxil olub. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb