İsrailin Livandakı portativ peycerlərə hücumu nəticəsində rabitə cihazlarının partlaması minlərlə insanın yaralanmasına səbəbə olub.
Bəzi peycerlərin partladığı anlar sosial mediada əks olunub.
Bəs Livanda hansı peycer modeli partlayıb?
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Livanda həyata keçirdiyi kiber hücum nəticəsində “Motorola” peycerlərinin partladığı öyrənilib.
Livanın səhiyyə naziri Firas əl-Ebyad verdiyi açıqlamada İsrailin peycerləri partlatması nəticəsində ölkədə minlərlə insanın yaralandığını bildirib.
Qeyd edilib ki, ölkə üzrə peycer partlayışları nəticəsində 8 nəfər ölüb, 2800 nəfər yaralanıb.
“Hizbullah” Hərəkatı peycerlərin partlamasına görə İsrailin məsuliyyət daşıdığını və bu hücuma cavab verəcəyini açıqlayıb.