“Berkut” xüsusi təyinatlıları Kiyevin Azadlıq meydanına hücuma hazırlaşır, müxalifət liderlərindən biri Vladimir Kliçko danışıqlar aparır. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bunu “Batkivşina” deputat fraksiyasının üzvü, Maydandakı çadır şəhərciyinin komendantı Andrey Parubiy deyib. O, meydanı qorumaq üçün kişiləri barrikadalara, qadınları və uşaqları isə təhlükəsiz yerə çəkilməyə çağırıb.
“Batkivşina” fraksiyasının lideri Aresni Yatsenyuk da meydanı xüsusi təyinatlılardan qorumaq niyyətində olduqlarını bəyan edib: “Biz indi Maydanı müdafiə edəcəyik”. Onun sözlərinə görə, mərkəzdəki metrostansiyaları mühasirəyə alınıb, meydana tərəf “Berkut”un xüsusi dəstələri hərəkət edir”.