Modern.az

Maşından 1650 manat pul və qızıl üzük olan çanta oğurlandı

Maşından 1650 manat pul və qızıl üzük olan çanta oğurlandı

18 Sentyabr 2024, 10:04

Qaradağda avtomobildən oğruluq olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində “Mercedes” markalı avtomobildən 4600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

 

Onun “KİA” markalı digər avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çantanı oğurlaması da məlum olub.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi