Modern.az

İranın Livandakı səfiri barədə bəyanat yayıldı

İranın Livandakı səfiri barədə bəyanat yayıldı

Aktual

18 Sentyabr 2024, 12:47

İranın Livandakı səfirliyi kiberhücum zamanı yaralanmış səfirlə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda İranın Beyrutdakı səfiri Müctəba Amaninin müalicə prosesinin yaxşı getdiyi və gözlərində heç bir problem olmadığı vurğulanıb.

Livanda olan İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kulivend də səfir Müctəba Amaninin ümumi vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha əvvəl İsrailin Livandakı portativ peycerlərə hücumu nəticəsində İranın Beyrutdakı səfiri Müctəba Amaninin yaralandığı bildirilmişdi.

Livan Səhiyyə Nazirliyi kiberhücum nəticəsində ümumilikdə 3 min nəfərin yaralandığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi