Modern.az

“Ermənistan tərəfdə azərbaycanlı əsir yoxdur” - Qırmızı Xaçdan AÇIQLAMA

“Ermənistan tərəfdə azərbaycanlı əsir yoxdur” -  Qırmızı Xaçdan AÇIQLAMA

9 Dekabr 2013, 16:19

“Hərbi əsir dedikdə, qarşı tərəfdə vuruşmuş şəxs nəzərdə tutulur. Münaqişə ərazisində mülki şəxslər də əsir götürülə bilər. Lakin onlara hərbi əsir statusu verilmir. Hazırda Azərbaycanda 1 erməni hərbi əsir və 5 nəfərdən ibarət internə olunmuş ailə saxlanılır”.

Bunu Modern.aza açıqlamasında BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi təmsilçiləri sonuncu dəfə hərbi əsirə oktyabrın 23-də baş çəkiblər.

Ermənistan tərəfdə azərbaycanlı əsirlərə gəlincə, İ. Hüseynova bildirib ki, BQXK hazırda qonşu dövlətdə Azərbaycan vətəndaşı olan heç bir əsir qeydə almayıb. “Siyahımızda bircə ad belə yoxdur”.

 

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?