Milli Məclisin növbəti iclası dekabrın 17-də keçiriləcək. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.
“İclasın gündəliyinə daxil olan məsələlərin böyük əksəriyyəti qanunlarda dəyişiklərlə bağlıdır. Ümumilikdə isə iclasına gündəliyinə daxil edilən məsələlər bunlardır: “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına, “Milli Məclisin deputatının statusu haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, Ticarətin maliyyələdirilməsi üzrə beynəlxalq islam koorperasiyasının təsis Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında sürücülk vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reystri haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, Inzibati Xətalar Məcəlləsinə, “Cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qrant haqqında” qanunlara dəyişiklik edilməsi, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq”.
Aytən ƏLİYEVA