Modern.az

Azərbaycanda orta aylıq nominal əməkhaqqı artacaq

Azərbaycanda orta aylıq nominal əməkhaqqı artacaq

İqtisadiyyat

18 Sentyabr 2024, 15:20

2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliynin açıqladığı hesabatda bildirilib.

 

Qeyd olunur ki, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.

 

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 002 manat təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI