Modern.az

Ukrayna Belqorodu vurdu - Yaralılar var

Ukrayna Belqorodu vurdu - Yaralılar var

18 Sentyabr 2024, 16:12

Rusiyanın Belqorod vilayəti pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutulub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.

 

Onun sözlərinə görə, vilayətinin sədyanı Şebekino şəhərində PUA hücumu nəticəsində 4 mülki şəxs yaralanıb. Qladkov deyib ki, zərbə xidməti avtobusa dəyib.

 

“Bir qadının qollarında, ikincinin qollarında və ayaqlarında qəlpə yaraları var. Daha iki nəfər də yaralanıb", - qubernator bildirib.

 

Ukrayna tərəfi hücumu şərh etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir