Modern.az

"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi

"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi

Aktual

18 Sentyabr 2024, 17:38

Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Modern.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

 

Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə ki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən keçmiş vəkil həbsdə olarkən məhkum yoldaşından onun işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi