Modern.az

Bu avtobusun yolu dəyişir

Bu avtobusun yolu dəyişir

Aktual

18 Sentyabr 2024, 23:19

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi