Modern.az

66 yaşlı Rəsul Quliyev: “Nəinki ad günü, hətta adın yadından çıxırdı...”

66 yaşlı Rəsul Quliyev: “Nəinki ad günü, hətta adın yadından çıxırdı...”

10 Dekabr 2013, 09:41

Bu gün Azərbaycan Milli Məclisinin eks-spikeri, jazırda Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin ad günüdür. Onun 66 yaşı tamam olub.
Modern.az-ın məlumatına görə, Rəsul Quliyev ad günü ilə bağlı öz fikirlərini bölüşüb.

“Mən heç vaxt ad günü keçirmirəm. Anadan olub 17 yaşına qədər böyüdüyüm kənddə, reqionda yaşayış çox ağır idi, nəinki ad günü, hətta adın yadından çıxırdı. Ümumiyyətlə, heç vaxt ad günüm yadıma düşməyib. Bir dəfə 50 yaşımı dostlarım yığışıb gəlib, yadıma salıblar və məcbur ediblər qeyd edək. O məclisdə də bir dəfə çox qısaca məni təbrik ediblər və ad gününü yaddan çıxarmışıq. Bu gün e-maili, Facebook-u açanda yüzlərlə təbrikə rast gəldim. Düzü onların 90 faizini tanımıram. Hər birinizə cavab yazmaq çox uzun çəkər. Ona görə məni təbrik edənlərə ən səmimi arzularımı çatdırmaq istəyirəm”-deyə Rəsul quliyev bildirib.

Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvanın Qazanşı kəndində anadan olub.

R.Quliyev 1965-ci ildə Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olub.1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirib. Elə həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlaybr. Orada müxtəlif vəzifələrdə işləyib.

O, 1981-ci ildə Bakı Neftayırma zavodunda direktor vəzifəsinə təyin olunub. 1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilib.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışıb.

29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.

16 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onun deputatının səlahiyyətlərini itirməsi haqqında Qərar qəbul edib.

2003-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş, lakinAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmayıb.

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmag məqsədilə vətənə qayıdarkən, Azərbaycan beynəlxalq hava limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də təyyarə məcburi olarag Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır.

Ailəlidir. 3 övladı var. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir