Modern.az

Kürəkənini öldürən qayınatanın məhkəməsi başlayır

Kürəkənini öldürən qayınatanın məhkəməsi başlayır

Ölkə

19 Sentyabr 2024, 12:36

1989-cu il təvəllüdlü Elvin Ələkbərovu öldürməkdə təqsirləndirilən qayınatası 1975-ci il təvəllüdlü Tayır Tayırovun işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki,Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.  Polis əməkdaşları apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən E.Ələkbərovun qayınatası, 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI