Türkiyə Böyük Millət Məclisinin üzvü, jurnalist-yazar Mustafa Balbay dünən gecə azadlığa buraxılıb. M.Balbay 2009-cu ilin martın 6-da saxlanılmış, 2013-cü ilin avqustun 5-də məhkəmənin qərarı ilə 34 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, Türkiyə hökumətinin gizli “Ergenekon” təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilmişdi.
Türkiyə Jurnalistlər Federasiyasının baş katibi və İzmir Jurnalistlər Cəmiyyətinin sədri Atilla Sertel 4 il 277 gündür məhbus olan CHP İzmir millət vəkili, jurnalist-yazar Mustafa Balbayın azadlığa buraxılmasını sevinclə qarşıyıb. Modern.az-a açıqlamasında A.Sertel M.Balbayın azadlığa çıxmasını belə şərh edib:
“Konstitusiya Məhkəməsinin keçən həftə verdiyi tarixi qərarın ardından İstanbul 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən “Ergenekon” iddiası ilə 4 il 277 gündür məhbus həyatı yaşayan həmkarımız, cəmiyyətimizin üzvü Mustafa Balbayın azad ediltməsinə çox sevindik. Onun azadlığa buraxılmasını sevinc və göz yaşları ilə qarşılayarkən, problemlərimizin həll edilmədiyinin də fəqindəyik. Təxminən 5 ildir ayrı qaldığı ailəsiylə, sevənləriylə, oxucularıyla görüşən bir həmkarımızın azad edilməsilə yaşadığımız sevinc digər yoldaşlarımızın həbsini və yaşadıqları əsarət həyatını bizlərə unutdurmaz. Ona görə də yarımçıq bir sevinc yaşayırıq. Hələ də ceza evlerinde uzun illərdir məhbus olan həmkarlarımız qalır.
Məhkəmənin bu qərarı başda digər məhbus jurnalistlər olmaq üzrə, uzun illərdir əsarət altında tutulan digər məhbuslar üçün də nümunə təşkil etməlidir.
Diləyimiz bütün jurnalistlərin azad olunmasıdır. Hörmətli həmkarımız Mustafa Balbaya "xoş gəldin", ailəsinə, sevənlərinə "gözünüz aydın" deyirik”
Modern.az