Elmi mövzulara xüsusi diqət ayıran Modern.az bu dəfə də öz ənənəsinə sadiq qalır. Belə ki, “Məşhur ixtiralar” adlı yeni layihəsində dünyaya səs salan, ümumyaşam tərzini dəyişən məşhur ixtiralar və onların maraqlı tarixçələri sizlərə çatdırılacaq. İlk söhbət açacağımız ixtira isə hamımızın bu gün də istifadə etdiyi radiodur.
1895-ci il.... Artıq dünya öz elmi inqilabını bu əsrdə ən pik nöqtəsinə çatdırıb. Bəşər sivilizasiyası özünün üçüncü inkişaf mərhələsini artıq çoxdan adlayıb. Buna baxmayaraq Avropanın bir sıra ölkələrində hələ də insanlar axtarışdadır. Siyasi ixtişaşlar belə Avropa insanını işindən saxlaya bilmir. İtaliyanın məşhur Boloniya şəhərində bir nəfər - Quqlielmo Markoni gənc olmasına baxmayaraq, öz potensialının pik nöqtəsində çatmışdı. Bunları bir gün sübut etmək gərək idi. Nəhayət, 1895-ci ildə Markoni gəmidən bir kilometr məsafədən səs dalğalarını ötürməyə müvəffəq oldu. Kosmosu keçərək ilk yayılan səs dalğası “S” hərfi idi. Markoninin köməkçisi və qardaşı həmin vaxt sahildə səs dalğalarını eşidə biləcəyinə inanmırdı. Amma gənc alimin təkidi ilə sahildə xüsusi qurğu ilə dalğanın ona çatacağını gözləməli idi. Könülsüz də olsa buna razı olan asissent gəmidə olan Quqlielmonun nə edəcəyini çox maraq edirdi. Birdən Markoni 3 dəfə “S” hərfini deməklə yer üzünün ilk səs dalğalarını yaradır. Qardaşı həm sevindiyindən, həm də təsdiq cavabı olaraq 3 dəfə atəş açır.
İtalyan hökuməti sonradan bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Amma anası ona sonadək tək buraxmır. Gənc Markoniyə heç kim inanmırdı. İrland əsilli anası isə onu sənayenin ən inkişaf etmiş nöqtələrindən olan Londona getməyi məsləhət bilir. Londonda yaxın qohumlarının arasında işləmək üçün böyük perspektivlər qazanan Markoni 1897-ci ildə teleqraf şirkətinin əsasını qoyur. Bu zaman o artıq daha uzun məsafələrə səs dalğalarını göndərə biləcəkdi. 1899-cu ildə Markoni tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi. Bütün bu işlərdən sonra Markoni çox varlanır. 1937-ci ildə vəfat edəndə isə bütün radaiolar eyni anda onun ölüm xəbərini verir. Daha sonra isə hamısı iki dəqiqəlik susmaqla ixtiraçını yad edirlər.
Radionun daha bir ixtiraçısı kimi isə rus alimi Papov göstərilir. Əslində dünya elm tarixində bu məsələ uzun müddət öz həllini tapmamışdı. Amma sonralar radionun atası sayılan Markoninin ilkə imza atması təsdiqləndi. Popov isə ilk radioqurğunu yaradan alim kimi tarixı düşdü. O, 1895-ci ildə təntənəli şəkildə Rusiya Fizika-Kimya Cəmiyyətinin zalında iclasçılara radiorabitə aparatını təqdim edir. Bu səbəbdən də həmin gün, yəni 7 may tarixi sonradan xüsusi təqvimə çevrilirİlk radionu kəşf edənin Popov, yoxsa Markioni olması barədə çox mübahisələr olub. Hətta buna lətifələr də qoşulub. Popovun radio kəşf etməsini tənqid edən bir yazar yumor olsun deyə belə bir məşhur sözü var. “Ruslar radionu kəşf edən ixtiraçının Popov olduğunu iddia edirlər. Amma bütün dünyada radionun ixtiraçısı kimi Popovu yox, italyan Quqlielmo Markionini qəbul edilir, çünki radionun kəşfi patentini məhz o alıb. Popov ilk radio aparatı quraşdırır, kanalları qarışdırarkən belə bir siqnal alır: Diqqət! Diqqət! Danışır BBC radiosu”.
Qeyd: Azərbaycanda isə radio 1926-cı ilin noyabrından fəaliyyət göstərir.
Elmin Nuri