Modern.az

Əcnəbi turistlərin Bakıdan sonra ən çox gecələdiyi üç BÖLGƏ

Əcnəbi turistlərin Bakıdan sonra ən çox gecələdiyi üç BÖLGƏ

Ölkə

19 Sentyabr 2024, 14:34

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Turistlərin Bakıdan başqa ən çox gəzdiyi, səfər etdiyi bölgələrimiz hansılardır?

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvar-iyul aylarında turizm məqsədi ilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəhərlər (rayonlar) üzrə gecələmələrinin ümumi sayı 4 860 079 olub:

Bakı şəhərində qonaq olan turistlərin gecələmə sayı 2 687 322 olub. 

Bakıdan sonra turistlərin ən çox gecələdiyi bölgəmiz Quba-Xaçmaz iqtisadi rayonudur. Yanvar-iyul aylarında həmin bölgədə 639 858 gecələmə qeydə alınıb.

Daha sonra Abşeron-Xızı iqtisadi rayonu gəlir. Bu bölgədə turislər 387 302 dəfə gecələyiblər.

Şəki-Zaqatala iqtisadi rayonu turist gecələmələrinin sayına görə sonrakı yeri tutur - 386 952 dəfə...
 

Gülarə Quliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi