Modern.az

Heç kəsin tanımadığı, ciddi uğuru olmayan adamın efirdə nə işi var?!

Heç kəsin tanımadığı, ciddi uğuru olmayan adamın efirdə nə işi var?!

Ölkə

19 Sentyabr 2024, 15:58

"Bu gün televiziyalarımız kimi gəldi ekspert kimi çağırır".

Bunu Modern.az-a açıqlamasında həkim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib.

 

“Əvvəllər isə bu belə deyildi. Yalnız sahəsi üzrə tanınan, savadlı adamlar televiziyalara çağrılardı. İndi isə yolla gedəni də tutub efirə çıxarırlar. Onları efirə çıxarana demək lazımdır ki, niyə belə adamları efirə çıxarırsınız. Soruşmaq lazımdır ki, heç kəsin tanımadığı, heç bir uğuru olmayan adamın efirdə nə işi var?! Biri şeir yazır, birinin ağzını tikir, birinin başqa yerini tikir. Bunlar ayıb olan şeylərdir. Televiziyaya o adamlar çıxmalıdır ki, savadlı olsun, öz sahəsini yaxşı bilsin", - Rəşid Mahmudov deyib.

 

O bildirib ki, çıxarılan insanlar özlərinə uyğun verilişlərə çıxarılmalıdır:

 

“Mən efirə çıxıram durub kənd təsərrüfatı barədə sual verir. Bu mənim sahəm deyil axı. Mən bu suala necə cavab verim? Bunu haradan bilim? Bütün bunlar gülməlidir. Hər mövzunun öz mütəxəssisi, bilicisi var. Həmin mövzularda uyğun şəxslər çıxarılmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI