Modern.az

Bakının 3 rayonuna içməli suyun verilməsində fasilələr yaranacaq

Bakının 3 rayonuna içməli suyun verilməsində fasilələr yaranacaq

10 Dekabr 2013, 11:37

Bu gün Bakının bir neçə rayonuna içməli suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar gün ərzində Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır