Modern.az

Ödəniş terminallarında komissiya haqqı tutulur? - Rəsmi CAVAB

Ödəniş terminallarında komissiya haqqı tutulur? - Rəsmi CAVAB

İqtisadiyyat

20 Sentyabr 2024, 10:20

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən "MilliÖn" və "E-manat" ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.

 

Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.

 

Modern.az məsələ ilə bağlı "MilliÖn" şirkəti ilə əlaqə saxlayıb.

 

Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.

 

"Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, - açıqlamada qeyd olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI