Modern.az

Konstitusiya Məhkəməsi sabah parlament seçkilərinə YEKUN VURACAQ

Konstitusiya Məhkəməsi sabah parlament seçkilərinə YEKUN VURACAQ

Ölkə

20 Sentyabr 2024, 11:02

Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.

 

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

 

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

 

Növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçirilib və bütün dairələr üzrə lider namizədlər müəyyənləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi