Modern.az

"Bu heyvanlarda mütləq ağızlıqdan istifadə edilməlidir"

"Bu heyvanlarda mütləq ağızlıqdan istifadə edilməlidir"

Aktual

26 Sentyabr 2024, 14:50

Zaman-zaman küçədə itlərin insanlara hücum etdiyi, zərər yetirdiyi ilə bağlı xəbərlər yayılır. Amma eyni zamanda bu kimi halların sahibi olan heyvanlar tərəfindən edildiyini də görə bilirik. Parklarda bəzən insanların itlərini ağızlıq taxmadan, hətta bəzən ümumiyyətlə açıq şəkildə gəzdirildiyini görə bilirik.

 

Qeyd edəl ki, Azərbaycanda 2024-cü ilin ötən dövrü ərzində 29 min 489 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 16 min 334 hadisə məlum heyvanlar (it, pişik), 13 min 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb.

 

Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, xüsusilə vəhşi növlərin əhliləşdirilməsi zamanı belə vəziyyətlərin ola biləcəyi nəzərə alınmalıdır.

 

"Elə it cinsləri var ki, nə qədər əhliləşdirilsə də vəhşi xarakter onlarda qalır. Dünya təcrübəsində də belə hallar olub. Əhliləşdirilmiş vəhsi cinslər elə ev sahiblərinin özlərinə, körpə uşaqlarına hücum edib. Hətta dünya ölkələrindən birində bulldog cinsi iki yaşlı körpəni parçalayaraq öldürmüşdü. Ona görə də belə vəziyyətlərdə əhlilləşdirilən heyvanın cinsi əhəmiyyətlidir. Cinsin nə qədər aqressiv yaxud hücuma meyilli olmasına diqqət etmək lazımdır”.

 

L.Mehralı qeyd edib ki, həmin heyvanlar gəzintiyə, təbii ehtiyatlarına ödəmək üçün çölə çıxarılarkən mütləq şəkildə ağızlıqdan istifadə edilməlidir:

 

“Hadisə bir dəfə baş verir. Həmin itlər uşaqlara, xanımlara, özünü müdafiə edə bilməyəcək şəxslərə hücum edə bilər. Bu vəziyyətlərdə insanlara ciddi zərər dəyə bilər. Yerli icraedici orqanlar bununla bağlı xəbərdarlıq etməlidir. Dünya ölkələrinin bir çoxunda bu hallara bələdiyyələr nəzarət edir. Bizim ölkəmizdə hansı qurumun nəzarət etdiyi yaxud ümumiyyətlə belə bir mexanizmin olub-olmaması ilə bağlı araşdırma aparılmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI