Modern.az

Prezidentin korteji tıxacda qaldı

Prezidentin korteji tıxacda qaldı

10 Dekabr 2013, 12:12

Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Nelson Mandelanın dəfn mərasimində iştirak etmək üçün Yohannesburqa gələn ABŞ prezidenti Barak Obamanın korteji tıxaca düşüb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu gün dünya liderləri Yohannesburqdakı stadionda 80 min nəfərin iştirakı ilə keçiriləcək matəm mərasimində çıxış edəcəklər. Əsas çıxışçı CAR prezidenti Ceykob Zuma olacaq. Yohannesburqdakı matəm mərasiminə 91 dünya liderinin və 10 keçmiş dövlət başçısının qatılacağı planlaşdırılıb. Mandela ötən həftə 96 yaşında Yohannesburqdakı evində dünyasını dəyişib. O, CAR tarixində ilk qaradərili prezident seçilib və 1994-cü ilin may ayından 1999-cu ilin iyunun qədər ölkəyə rəhbərlik edib. Mandela gəncliyində aparteid rejiminə qarşı mübarizə apararaq 27 il həbsxanada yatıb. O 1993-cü ildə Nobel mükafatına layiq görülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır